“Görək necə olacaq, belə səhvlərə yol vermək olmaz”

22:40 Araz-Naxçıvan 121
“Görək necə olacaq, belə səhvlərə yol vermək olmaz”

"Araz-Naxçıvan" Misli Premyer Liqasının IX turunda Şamaxı şəhər stadionunda "Qəbələ"yə 1:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "ağ-qırmızılar"ın baş məşqçisi Yuri Maksimov matçdan sonra keçirilən mətbuat konfrasansında sualları cavablandırıb:

- Qolları rəqibə hədiyyə etdik. Özümüz isə çətinliklə qol vururuq. Futbolçular çalışırlar. Amma ustalıq səviyyəsi çatışmır.

- Yaxşı nəticələr qazanmaq üçün nələri dəyişmək lazımdır?

- Hazırkı vəziyyətdə nəyisə dəyişmək çətindir.

- Bir çox futbolçu fərqli mövqedə oynayır. Bunun səbəbi nədir?

- Heyətdə itkilərimiz mövcuddur. Zədəli və cəzalı futbolçularımız var. Buna görə oyunçuların yerlərini dəyişirik.

- Komandanı siz yığmamısız. Heyətdən nə dərəcədə razısınız?

- Oynamağa davam edəcəyik. Görək necə olacaq. Sadəcə, belə səhvlərə yol vermək olmaz. Hər oyunda asan qollar buraxırıq.

Digər Xəbərlər
Xəbər Lenti