Azərbaycanda bir neçə komanda nəzarətə götürüldü

21:20 II Divizion 126
Azərbaycanda bir neçə komanda nəzarətə götürüldü

II Liqada şübhəli oyunlar var. Bu barədə saytımıza mühüm məlumat daxil olub.

Əldə etdiyimiz xəbərə görə, bir neçə komanda ilə bağlı araşdırma başlanılıb.

Bura əsasən rayon təmsilçiləri daxildir. Onların iştirakıyla keçirilən 6-7 matçın nəticəsi incələnir.

Proses yalnız AFFA-nın müvafiq komitələrinin iştirakıyla aparılmır. Gedişat birbaşa hüquq-mühafizə orqanlarının nəzarətindədir. Həmçinin UEFA ilə əlaqəli çalışma aparılır.

Cari mövsümdə artıq 8 tur geridə qalıb.

21 xala malik «Qaradağ Lökbatan» turnir cədvəlinə başçılıq edir. 20 xala malik «Marafon» ikinci, ondan 1 xal az toplamış «Şirvan» üçüncü yerdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti