Premyer Liqa təmsilçisi rəhbər vəzifəni ona TAPŞIRDI

18:00 Araz-Naxçıvan 189
Premyer Liqa təmsilçisi rəhbər vəzifəni ona TAPŞIRDI

«Araz-Naxçıvan»da rəhbər vəzifəyə yeni təyinat olub.

Klubun uşaq futbol akademiyasının baş koordinator vəzifəsinə Rüstəm Əliyev əyləşdirilib.

O, bu postda Zaur İsmayılovu əvəzləyib. Səbəb sonuncunun əsas komandanın çalışdırıcısı Yuri Maksimovun köməkçisi kimi fəaliyyətini davam etdirməsidir.

Avqustda «dubl»un sükanı arxasına gətirilmiş Rüstəm Əliyev yeni təyinatıyla əlaqədar bu vəzifəsi ilə vidalaşıb. Muxtar Respublika təmsilçisinin ikinci komandası Alim Qurbanova tapşırılıb.

«Araz-Naxçıvan-2» Əvəzedicilər Liqasının geridə qalan 6 turu ərzində 7 xal toplayıb. Kolletiv bu göstərici ilə turnir cədvəlinin yeddinci pilləsində yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti