Azərbaycan çempionu "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında 1-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələdəki ilk oyununda Macarıstan təmsilçisi "Uypeşt"lə qarşılaşıb.
Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçirilən matç təmsilçimizin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
"Araz-Naxçıvan"ın heyətində Oktay Rüstəmli het-trik edib. Komandanın digər qollarını isə Fərid Ələkbərov və Kənan Manafov vurublar.
"Araz-Naxçıvan" oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Piast" komandası ilə üz-üzə gələcək.
