Maltada təşkil olunan UEFA İnkişaf Turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sonuncu oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda Litva yığması ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində Zəfər İbrahim qol vurub.
Penaltilər seriyasında isə 2:1 hesabı ilə qalib gələn Azərbaycan millisi turniri qələbə ilə başa vurub.
Azərbaycan yığması bundan əvvəl Latviyaya 0:3, Maltaya 0:1 hesabıyla uduzub.
