Minifutbol üzrə Azərbaycan çempionatının reqlamenti dəyişib.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov açıqlamasında bildirib.
O, 2026/2027 mövsümündə 12 komandanın iştirak edəcəyini açıqlayıb:
"İlk dəfə pley-off sistemi olacaq. Burada 6 komanda mübarizə aparacaq.
Liqa mərhələsində 1 və 2-ci yerləri tutacaq komandalar yarımfinala vəsiqə qazanacaqlar. Əsas mərhələ iki dövrədən ibarət olacaq.
Liqa mərhələsi bitən kimi Naxçıvan təmsilçisi yarışa qoşulacaq və 6-cı yeri tutan kollektivlə bir oyunda üz-üzə gələcək".
