“O, psixoloji cəhətdən güclü oğlandır, hər şeyi özü də anlayır”

01:40 İtaliya 84
“O, psixoloji cəhətdən güclü oğlandır, hər şeyi özü də anlayır”

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska, komandanın qapıçısı Canluici Donnarummanın son oyunlardakı çıxışı barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, qolkiperin buraxdığı səhvlərin mövsümün bir hissəsi olduğunu bildirib:

“İşə başladığımız ilk gündən Donnarumma özünü yaxşı göstərir. Ancaq səhvlər də mövsümün bir hissəsidir.

Futbolçular bu qədər çox oyun keçirəndə, səhvsiz oynamaq demək olar ki, mümkün deyil. Amma o, psixoloji cəhətdən güclü oğlandır və hər şeyi özü də anlayır”.

İtaliyalı futbolçu bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 12 matçda meydana çıxıb, 17 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.

“Mançester Siti” oktyabrın 28-də, İngiltərə Liqa kubokunun 1/8 final mərhələsində “Brayton”u qəbul edəcək. Qarşılaşmanın start fiti saat 23:30-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı