“Barselona”nın prezidenti yeni hədəflərini açıqladı - İştahası çox böyükdür!

01:30 İspaniya 97
“Barselona”nın prezidenti yeni hədəflərini açıqladı - İştahası çox böyükdür!

“Barselona”nın prezidenti Xuan Laporta komandanın bu mövsüm qarşısına qoyduğu hədəflərdən danışıb. Kataloniya klubu “İlin qadın klubu” mükafatına layiq görülüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafatı qəbul edən prezident, çıxışı zamanı kişi komandasının da hədəflərini açıqlayıb:

“Biz ardıcıl üçüncü dəfə La Liqanın qalibi olmaq, həmçinin, Çempionlar Liqasını qazanmaq istəyirik. Bu mövsüm özümüzü titula əsas iddiaçılardan biri hesab edirik”.

“Barselona” daha əvvəl UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib və burada “İnter”ə məğlub olub.

Kataloniya klubu bu mövsüm Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Komandalar 25 noyabrda, Bakıda qarşı-qarşıya gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı