Narazı qalan braziliyalı legionerdən AYRILIQ MESAJI

22:20 Araz-Naxçıvan 165
Narazı qalan braziliyalı legionerdən AYRILIQ MESAJI

Artur Auqusto "Araz-Naxçıvan"dakı durumundan narazıdır.

Kiper ehtiyatda qalması ilə heç cür barışmır.

O, bu barədə etirazını məşqçilər korpusuna bildirib.

Braziliyalı legioner əsas qapıçı kimi transfer olunduğu halda "ikinci" olması ilə barışmadığını dilə gətirib.

Belə davam edəcəyi halda qış fasiləsində komandanı tərk etməyə hazırlaşdığını açıq deyib.

27 yaşlı qapıçı mövsümün əvvəli Muxtar respublika təmsilçisinə transfer olunub.

O, mövsmün ilk 3 turunda meydanda olub və qapısından 6 qol buraxıb.

4-cü turdan başlayaraq sabiq baş məşqçi Cavid Hüseynov Tərlan Əhmədliyə güvənməyə başlayıb.

Hüseynovu əvəzləyən Yuri Maksimov da Əhmədliyə güvənməyə davam edir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti