U-23 Avropa çempionatında 8 nəfərlə təmsil olunacağıq

08:00 Cüdo 78
U-23 Avropa çempionatında 8 nəfərlə təmsil olunacağıq

Azərbaycanı oktyabrın 30-dan noyabrın 1-dək İtaliyanın Neapol şəhərində keçiriləcək U-23 Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli olub.

Sportinfo.az xəbər verir ki, ölkə beynəlxalq yarışda 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.

İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcək.

Komandanın heyətində Murad Muradlı, Babarəhim Mirzəyev (hər ikisi 60 kq), Nizami İmranov İslam Rəhimov (hər ikisi 66 kq), Əbil Yusubov, Mehdi Cəfərov (hər ikisi 73 kq), Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM