Əcnəbi baş məşqçidən ilk narazılıq gəldi - Mütləq transfer lazımdır

10 Oktyabr 22:20 Araz-Naxçıvan 291
Əcnəbi baş məşqçidən ilk narazılıq gəldi - Mütləq transfer lazımdır

Cavid Hüseynovla yolları ayrılan “Araz-Naxçıvan” Yuri Maksimovu baş məşqçi postuna gətirdi.

Milli fasilədə Muxtar Respublika təmsilçisini məşqlərə çıxaran ukraynalı mütəxəssisin ilk narahatlığı müdafiə xətti ilə bağlı olub.

Əcnəbi çalışdırıcı stoper azlığından şikayət edib və bu barədə fikirlərini klub rəhbərliyinə çatdırıb.

Bildirib ki, mütləq yeni mərkəz müdafiəçisi alınmalıdır.

Çünki hazırda Maksimovun sərəncamında cəmi iki stoper var – İssouf Paro və Luka Dumancic.

Düzdür, həmin mövqedə üçüncü futbolçu da var – Rəşad Həsənov. Amma Həsənov gəncdi, elita təcrübəsi yoxdur.

Belədə Maksimov adıçəkilən stoperlərlə yola davam etməyin riskli olduğunu rəhbərliyə bildirib.

Klub rəhbərliyi hazırda bu yöndə axtarışlarını davam etdirir.

Qısa müddətdə ukraynalı mütəxəssisin istədiyi yeni mərkəz müdafiəçisini heyətə qatmağa çalışır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”