“Onu Premyer Liqanın ən yaxşı məşqçisi adlandırmaq? Bu, cəfəngiyatdır”

00:10 İngiltərə 91
“Onu Premyer Liqanın ən yaxşı məşqçisi adlandırmaq? Bu, cəfəngiyatdır”

Tanınmış jurnalist Pirs Morqan dünyanın ən yaxşı futbol məşqçisi hesab etdiyi şəxsin adını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Arsenal”ın baş məşqçisi Mikel Artetanı fərqləndirib:

“Pep Qvardioladan sonra Unay Emerini (“Aston Villa”nın çalışdırıcısı) Premyer Liqanın ən yaxşı məşqçisi adlandırmaq?

Bu, cəfəngiyatdır. Emeri yüksək səviyyəli məşqçidir, lakin Mikel Arteta hazırda təkcə Premyer Liqada deyil, bütün dünyada ən yaxşısıdır”.

Mikel Artetanın rəhbərliyi altında “Arsenal” 2025/26 mövsümündə Premyer Liqanın çempionu olub və Çempionlar Liqasının finalına yüksəlib. “Topçular” Premyer Liqada bu mövsüm 21 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar.

”Arsenal” Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Komandalar arasında oyun 27 yanvarda, İngiltərədə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı