“Neftçi” heç-heçə ilə barışmadı - “Forza”nın istəyi bu VİDEOda

27 Oktyabr 23:40 Neftçi 97
“Neftçi” heç-heçə ilə barışmadı - “Forza”nın istəyi bu VİDEOda

“Neftçi” – “Sabah” qarşılaşmasından sonra yaşananlar “ağ-qaralılar”ın hazırkı iddiasını bir daha ortaya qoydu.

Şəxsən telefonumun yaddaşına köçürdüyüm görüntülərdən də aydın görünür ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra “Neftçi”nin futbolçuları “Forza Neftçi” azarkeşlərinin önünə yollanırlar.

Məqsəd azarkeşlərlə üz-üzə dayanmaq və əldə olunan 1 xalı onlarla bölüşməkdir.

Ancaq bu dəfəki sevinc uzun çəkmir. Əvvəlki dövrlərdə belə anların daha fərqli, daha coşqulu keçməsi mümkün idi. İndi isə mənzərə başqadır.

Azarkeşlər də, futbolçular da anlayırlar ki, bu nəticə “Neftçi”nin iddiasına uyğun deyil.

Futbolçuların azarkeşlərin qarşısında dayanması cəmi bir neçə saniyə çəkir. Ardınca onlar oradan uzaqlaşırlar.

Aydın olur ki, nə komanda, nə də tərəfdarlar bu heç-heçəni qələbəyə bərabər tuturlar.

“Forza Neftçi”nin reaksiyası da diqqət çəkir. Fanatlar növbəti turda “Qarabağ”la keçiriləcək qarşılaşmada komandadan qələbə gözlədiklərini açıq şəkildə ifadə edirlər. Hətta bunu bir qədər sərt formada çatdırmaqdan da çəkinmirlər.

Deməli, “Neftçi”də artıq təkcə çempionluq iddiası deyil, azarkeşlərin də nəticəyə münasibəti dəyişib - 1 xal kifayət etmir.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı
27 Oktyabr 00:40 Samuel Eto Bakıya gəldi