“Sabah” ötən mövsümdən bu yana həm oyun, həm də nəticələr baxımından möhtəşəm görünür.
Azərbaycan çempionluğu, ölkə kubokunun qalibi və Çempionlar Liqasının Liqa mərhələsi.
Böyük əksəriyyətin fikrincə, komandan bu il də rahatlıqla çempion olacaq. Təbii ki, burada “Qarabağ”ın ciddi heyət dəyişikliyinə məruz qalmasının da böyük rolu var.
“Bayquşlar”ın polşalı müdafiəçisi Tinoteuş Puxaç bu haqda Sportinfo.az-a açıqlama verib:
“Mən bu deyilənlərin əksini düşünürəm. Fikrimcə, bu dəfə bizə ötənilkindən də çətin olacaq.
Əvvəla ona görə ki, əsas rəqiblərimizdən fərqli olaraq biz həm də Çempionlar Liqasında mübarizə aparırıq. Yəni təkcə Premyer Liqaya fokuslanmamışıq.
Üstəlik, Azərbaycan kubokunda mübarizə və milli komandaların oyunları var.
Bütün bunlara baxmayaraq, hədəfimiz dəyişmir. Hər zaman olduğu kimi, bu dəfə də olduğumuz bütün turnirlərdə ən yüksək yeri hədəf seçmişik”.
