Məşq etməyə yer tapmayan Premyer Liqa komandasında QƏRİBƏ HADİSƏ - Çarəsizlikdən

13:00 Araz-Naxçıvan 199
Məşq etməyə yer tapmayan Premyer Liqa komandasında QƏRİBƏ HADİSƏ - Çarəsizlikdən

Bu gün Misli Premyer Liqasında 9-cu tura start veriləcək.

İlk oyun günündə iki görüş keçiriləcək.

"Araz-Naxçıvan" Şamaxıda "Qəbələ"ni qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu matçdan öncə arzulamadığı vəziyyətlə üzləşib.

Bakıda məskunlaşmış "ağ-qırmızılar" məşq etməyə boş meydança tapmayıb.

Bir neçə stadiona üz tutsalar da, onlara yer olmadığı bildirilib. Bu hal Yuri Maksimovu şoka salıb.

Sentyabrın son günlərində komandanın sükanı arxasına keçmiş ukraynalı heç bir çıxış yolu görmədiyindən, futbololçuları dəniz kənarına aparıb.

O, kollektivi burada 1 saatdan artıq müddətdə müxtəlif təmrinlər yerinə yetirməyə və kross qaçmağa məcbur edib.

"Araz" hazırda çempionatda çətin dönəmdən keçir. Region təmsilçisi 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti