Dortmund “Borussiya”sının idman meneceri Nils-Ole Buk Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda Azərbaycan çempionu “Sabah” üzərində qazanılan 2:1 hesablı qələbəni komanda üçün “şirin nəticə” adlandırıb.
Sportinfo.az xəbər verir ki, klub rəsmisi Dortmunddan Bakıya təxminən 5 saatlıq səfərin qələbəni daha da xüsusi etdiyini bildirib:
“Bu qədər uzağa səfər etdiyiniz zaman təkcə bizim deyil, azarkeşlər üçün də 3 xal qazanmaq daha xoş olur.
Bu 3 xal bizim üçün çox vacib idi, xüsusilə də Norveçdəki məğlubiyyətdən sonra. Əlbəttə, üç qələbəsiz matçın ardından qalib gəlmək xoş hissdir”.
Bukun fikrincə, “Borussiya” daha böyükhesablı qələbə qazana bilərdi:
“Komanda daha amansız olsaydı, futbolçular özlərini rahat vəziyyətə sala bilərdilər.
Digər tərəfdən, futbolu necə oynamağımız baxımından əhəmiyyətli bir addım atdıq”.
