Azərbaycan klubu ikinci oyunda da məğlub oldu - "Cup Alanya 2026"

Azərbaycan klubu ikinci oyunda da məğlub oldu -

Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, ölkə təmsilçisi F qrupundakı ikinci matçında "Sunrise" (Kiyev, Ukrayna) kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 8:6. "Marafon" ilk turda Çinin TMS klubuna uduzub - 2:4.

Komanda Bolqarıstanın "Spartak" kollektivi ilə də üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı