Həsrət qazaxıstanlıya uduzdu, medalsız qaldı - Dünya çempionatında

05:00 Güləş 86
Həsrət qazaxıstanlıya uduzdu, medalsız qaldı - Dünya çempionatında

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını mükafatsız başa vurub.

Sportinfo.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla üz-üzə gəlib.

Rəqibinə 5:8 hesabı ilə məğlub olan H.Cəfərov beşinci yerlə kifayətlənib.

Mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı