Premyer Liqaya iddialı klubun rəhbərliyindən getdi - Pulunu isə kəsmədilər

14:00 Gündəm 136
Premyer Liqaya iddialı klubun rəhbərliyindən getdi - Pulunu isə kəsmədilər

«Səbail»də gözlənilməz kadr ayrılığı baş verib.

Rəşad Məmmədov mətbuat xidmətinin rəhbəri vəzifəsi ilə vidalaşıb.

Klubun yeni rəhbərliyi onunla xidməti müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bununla belə, media mənsubuna böyük jest edilib.

Qubaya köçməyə hazırlaşan «dənizçilər» 3 ildir burada çalışan press-ateşeyə maddi dəstək verəcək. Ona 2027-ci ilin iyununadək - kontraktı bitəcək günədək hər ay pul alacaq.

«Səbail» bu mövsüm Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparır.

I Liqanın geridə qalan 6 turu ərzində iki heç-heçə edən və bir məğlubiyyət alan komanda 11 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti