"Kəpəz"in yay fasiləsində heyətinə qatdığı əcnəbilər arasında xüsusi diqqət çəkən adlardan biri Blessinq Olabirandır.
Bentu ləqəbli forvard Azərbaycana gələnə qədər müxtəlif ölkələrdə çıxış edib.
O, Serbiya, Özbəkistan, Ukrayna, Rusiya, Belarus, Rumıniya, Xorvatiya kimi ölkələrdə legioner həyatı yaşayıb.
Fərqli-fərqli futbol mədəniyyətlərini yaxından görüb.
Təbii ki, bizə digər ölkələr yox, öz futbolumuz maraqlıdır.
Görəsən, nigeriyalı forvardı burad təəccübləndirən, diqqətini çəkən nələr olub?
28 yaşlı afrikalı legioner Sportinfo.az-a açıqlamasında bunları deyib:
"İlk növbədə deməliyəm ki, buradakı futbolun səviyyəsi həqiqətən yüksəkdir. Azərbaycanda yaxşı və möhtəşəm futbol azarkeşləri var. Həmçinin yaxşı stadionlarımız və digər infrastrukturlarımız mövcuddur.
Liqada keyfiyyətli yerli və əcnəbi futbolçular da çoxdur. Burada, həqiqətən, asan oyun yoxdur və çempionat rəqabətlidir.
Son illərdə Azərbaycan komandalarının Avropada uğurlu çıxış etməsi də liqanın səviyyəsinin yaxşı olduğunu göstərir. Mənim fikrimcə, Azərbaycan çempionatı həqiqətən yaxşıdır və yüksək səviyyəli liqadır".
XANOĞLAN
