“Bugünkü vəziyyətlə kifayətlənib, hansısa qərar verə bilmərik”

17:20 Milli komanda 96
“Bugünkü vəziyyətlə kifayətlənib, hansısa qərar verə bilmərik”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov FİFA dunya çempionatında mübarizə aparan U-15-in çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, bu turnirdə iştirakın gənc futbolçular üçün böyük təcrübə olduğunu bildirib:

“Əsas odur ki, bu turnirdə iştirak edək, təcrübə qazanaq, fərqli ölkələri görək. Dediyim kimi, bu, həmin uşaqların karyerasında böyük bir məqam olacaq.

15 yaşında dünya çempionatında iştirak etmək həmişə yaddaşlarında qalacaq”.

Abbasov bu nəslin futbolçularının fiziki inkişafı barədə də fikirlərini bölüşüb. Bu yaşda oyunçuların fiziki göstəriciləri haqqında qəti fikir söyləməyin tez olduğunu vurğulayıb:

“Ölkələrə baxsaz, məsələn, Uruqvay komandasını izlədim. Onlar da bizim kimi fiziki cəhətdən yaxşıdırlar.

Burada yaxşı komandalar çoxdur. Bu yaşda tam fikir söyləmək olmaz.

Bilirsiz ki, uşaqların inkişaf dövrü 17-19 yaşa qədər dəvam edir. Bu göstəricilər dəyişəcək.

Bugünkü vəziyyətlə kifayətlənib, hansısa qərar verə bilmərik. Çünki futbolçuların fiziki göstəriciləri 19-20 yaşa qədər dəyişir”.

Digər Xəbərlər
Xəbər Lenti