FIFA prezidentinin "Sabah" və "Qarabağ"dan xoşu gəldi

08:20 Hadisə 121
FIFA prezidentinin "Sabah" və "Qarabağ"dan xoşu gəldi

Bakıda keçirilən rəqabətli oyunda "Sabah" və "Qarabağ" xalları bölüşərək Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdiriblər.

Sportinfo.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino şəxsi "İnstagram" hesabında yazıb.

Ali futbol qurumunun rəhbəri Misli Premyer Liqasının IX turunda keçirilmiş matçı stadiondan izlədiyini bildirib:

"Bakıda keçirilən rəqabətli oyunda "Sabah" və "Qarabağ" xalları bölüşərək Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FİFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FİFA Şurasının üzvləri Yuhanna Vud və Rodolfo Vilyalobos, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov və digər qonaqlarla bir arada olmaqdan şadam.

Belə möhtəşəm atmosfer yaradaraq futbolun insanları necə birləşdirdiyini və sevinclə əhatə etdiyini bir daha sübuta yetirdiklərinə görə hər iki kluba, bütün azarkeşlərə təşəkkür edirəm".

Mərdəkandakı "Sabah Arena"da baş tutan "Sabah" - "Qarabağ" oyunu 0-0 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM