“Sabah”ın müdafiəçisi Eyden Makkarti Cənubi Afrika futbolu tarixinə düşüb.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 22 yaşlı futbolçu UEFA Çempionlar Liqasının (ÇL) 3-cü turunda Dortmund “Borussiya”sı ilə oyunda qol vuraraq buna nail olub.
Makkarti 13 ildən sonra ÇL-də fərqlənən ilk cənubi afrikalı oyunçudur. Ona qədər sonuncu dəfə 2013-cü il noyabrın 26-da “Ayaks”ın heyətində “Barselona”nı məyus edən Tulani Serero qol vurmuşdu.
Eyden qitənin ən nüfuzlu klub turnirində qol vuran 7-ci cənubi afrikalı olub.
Cənubi Afrikanın Çempionlar Liqasında ən məhsuldar futbolçusu Benni Makkartidir. O, 2003–2005-ci illərdə “Portu”nun heyətində 28 matçda 8 dəfə fərqlənib. Makkarti həm də ÇL-i qazanan yeganə Cənubi Afrika futbolçusudur.
Stiven Pienaar (“Ayaks”) və Kuinton Fortun (“Mançester Yunayted”) hərəyə 2 qolla ikinci pilləni bölüşürlər. Bennett Mnquni və Nasief Morris isə hərəyə 1 qol vurublar. Mnquni Moskva “Lokomotiv”ində, Morris isə “Panatinaikos”da bunu reallaşdırıb.
