Azərbaycanlı futbolçu Davud Məhərrəmli karyerasını Almaniyada davam etdirəcək.
Ötən mövsümə qədər “Zirə”nin formasını geyinmiş yarımmüdafiəçi “FSV Duysburq” ilə müqavilə imzalayıb.
Yeni komandasına azad agent statusunda qoşulan Məhərrəmli Almaniya futbolunda karyerasının yeni mərhələsinə qədəm qoyub.
Həm “10 nömrə” (hücumameyilli yarımmüdafiəçi), həm də “8 nömrə” (mərkəz yarımmüdafiəçisi) mövqeyində çıxış edə bilən gənc meydanın mərkəzində bir neçə funksiyanı yerinə yetirmək imkanına malikdir.
Məhərrəmlinin Almaniyaya keçidi onun karyerasında yeni mərhələ olmaqla yanaşı, fərqli futbol mühitində təcrübə qazanması və gələcək inkişafı baxımından yeni imkanlar yaradır.
Davud Məhərrəmli “Asadov Pro Bridge” (APB) futbol agentliyinin təmsil etdiyi futbolçulardandır.
SPORTİNFO.AZ
