Doqquz tura yeddi məğlubiyyət - necədir, sənin üçün?
«Araz-Naxçıvan» quyunun dibindədir və onu oradan çıxacağına artq Yuri Maksimov da inanmır.
Adam təzə gəlib ey!
Azərbaycana qayıdışından hələ 1 ay keçməyib e!
Ardıcıl üçüncü məğlubiyyətini «Qəbələ»dən alan baş məşqçinin «alınmır», «hazırkı vəziyyətdə nəyisə dəyişmək çətindir», «görək necə olacaq», «belə səhvlərə yol vermək olmaz», «hər oyunda asan qollar buraxırıq» tipli bədbinlik yağan açıqlamaları bu qarşılaşmadan sonra dilə gətirməsindən daha pis nə ola bilər ki?
O. day heç kimə və heç nəyə inanmır. Əvvəlki oyunlarda beşli müdafiədən istifadə edən yeni çalışdırıcı dünən «Qəbələ»nin önünə dörd arxa xətt oyunçusu ilə çıxdı.
Bu da bir işə yaramadı. Uşaqvari xətaları tək müdafiəçilər təkrarlamadı, digər zonalara cavabdeh olanlar da üzərinə düşən işi görmədi.
Düzünə qalsa, «Araz» hazırkı heyəti ilə ilk «altılıq»da olmağa layiqdir. İddialılardan bir elə geri qalmırlar. Sadəcə, düzgün oynamırlar. Nə müdafiə, nə də hücum fazasında.
Hiss olunur ki, Maksimov taktiki analizlərə zaman ayırmır, yol verdikləri səhvləri onlara göstərmir, başa salmır.
Maraqlansaq, böyük ehtimalla, rəqiblər barədə də komandasına heç bir məlumat vermir.
ELXAN
