“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz komandanın yarımmüdafiəçisi Bruno Fernandesin Çempionlar Liqasının liqa mərhələsində “Komo” ilə uğursuz oyun barədə açıqlamasını tənqid edib.
Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Fernandes komandanın taktikasının yanlış olduğunu bildirdikdən sonra Skoulz portuqaliyalı futbolçunun sözlərinə sərt reaksiya verib:
“Fernandes həddini aşdı. Bu, yolverilməzdir. Belə sözlərdən sonra o, komandanın kapitanı necə ola bilər?
Artıq Avropanı tərk edib Səudiyyə Ərəbistanında oynamasının vaxtıdır. Çətin ki, bu sözlərdən sonra hansısa məşqçi ona etibar etsin”.
“Mançester Yunayted” səfərdə “Komo”ya 1:4 hesabı ilə məğlub olub. “Qırmızı şeytanlar” növbəti oyununu İngiltərə Premyer Liqasında “Çelsi”yə qarşı keçirəcək.
