Uzun müddət sonra Naxçıvan şəhər stadionunun üzünə gün doğub.
Artıq bu məkanla bağlı əsas məsələyə aydınlıq gəlib.
Belə ki, layihələndirmə prosesi arxada qalıb. Arenanın yenidən qurulması istiqamətində işlərə 2027-ci ildə başlanacaq.
Dörd layihə yerli Nazirlər Kabinetinə təqdim olunub. Yaxındarda onlardan biri seçiləcək və onun əsasında kompleks tədbirlərin icrasına start veriləcək.
Əsaslı şəkildə aparılacaq təmir-tikintinin bir neçə ay ərzində tamamlanması nəzərdə tutulub.
Böyük ehtimalla, layihənin icrası Türkiyə şirkətlərindən birinə həvalə ediləcək. Planlar dəyişməsə, stadion gələn ilin yayında hazır vəziyyətə gətiriləcək.
Bu da o deməkdir ki, «Araz-Naxçıvan» 4 illik aranın ardından doğma yurda dönə biləcək.
«Ağ-qırmızılar» son olaraq burada 2024-cü ilin mayında çıxış edib və I Liqanı çempion bitirib.
Premyer Liqaya vəsiqə qazanandan bəri isə klub Bakıya köçüb. Ötən iki mövsümdə rəqiblərini Mərdəkanda qəbul edən region təmsilçisi indi Şamaxıya sığınıb.
SPORTİNFO.AZ
