Gəlib-gedən narazılıq etdi, klub otel tikintisinə başladı

17:40 Qəbələ 178
Gəlib-gedən narazılıq etdi, klub otel tikintisinə başladı

«Qəbələ» rəhbərliyi yeni projenin icrasına start verib.

Klubun bazasında yerləşən ərazidə otel tikintisinə başlanılıb.

Boş sahədə inşasına qərar verilən istirahət məkanı «qırmızı-qaralar»la yanaşı, başqalarının da xidmətində dayanacaq. Oradan gələcək vəsait əsas komandanın saxlanılmasına sərf olunacaq.

Bu da təsadüfi deyil. Qəbələyə səfər edən komandalar baza və stadionun xidmətindən yararlansa da, onlara təklif olunan otelin durumundan narazılıq çoxdur.

Şərait o qədər pisdir ki, gəlib-gedən üzünü turşudur. Təbii ki, bu da «Qəbələ»nin maliyyə durumunun yaxşılaşmasına mane olur.

Əyalət təmsilçisinin həmişə xidmətindən yararlandığı mehmanxananın təmiri isə əl vermir. Çünki astarı üzündən baha başa gəlir. O

ndansa, yeni otelin tikintisi daha məqbul sayılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti