“O, ümumiyyətlə, “Qarabağ”la əlaqəsini kəsib, mənə dedi ki…”

07:50 Qarabağ 125
“O, ümumiyyətlə, “Qarabağ”la əlaqəsini kəsib, mənə dedi ki…”

Azərbaycan millisinin sabiq futbolçusu Abbas Hüseynov “Qarabağ”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Ağdam klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev məlumat verib.

Onun sözlərinə görə, müdafiəçi artıq komandanın düşərgəsini tərk edib:

“Abbas mənə dedi ki, artıq əvəzedici komanda ilə məşqlərə də qoşulmayacağam. O, ümumiyyətlə, klubla əlaqəsini kəsib.

Mənim bildiyim bu qədərdir. Digər məsələlər futbolçu ilə rəhbərlik arasındadır”.

Abbas Hüseynov ötən mövsüm intizamsız davranışına görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilmişdi.


Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM