Azərbaycanda inanılmaz hadisə: İki “sarı” aldı, amma QOVULMADI - VİDEO+FOTO

01:00 Qalmaqal 124
Azərbaycanda inanılmaz hadisə: İki “sarı” aldı, amma QOVULMADI - VİDEO+FOTO

Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Səbail" - "Zirə" (2:2; penaltilər seriyası 2:3) matçında maraqlı hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Samuel Nonqoh 2 dəfə sarı vərəqə almasına baxmayaraq qırmızı vərəqə almayıb və matçda sona qədər qalıb

.Belə ki, Nonqoh 68 və 80-ci dəqiqələrdə sarı vərəqə alsa da, oyunun baş hakimi Səbuhi Bayramov tərəfindən qırmızı vərəqə ilə cəzalanmayıb.

Həmin anların videosu ilə sizi tanış edirik:

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı