Mahir Emreli meydandan çıxdı, “Rakuv” kubokda geridönüş etdi

02:20 Bizimkilər 93
Mahir Emreli meydandan çıxdı, “Rakuv” kubokda geridönüş etdi

Polşada ölkə kubokunun 1/16 final mərhələsinin bir sıra oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Motor”la qarşılaşıb.

Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Start heyətində meydana çıxan Emreli 82-ci dəqiqədə əvəzlənib. Həmin vaxt onun komandası hesabda geridə olub.

Bu qələbə sayəsində “Rakuv” Polşa Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı