“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdacağı bilindi

02:10 Sumqayıt 102
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdacağı bilindi

Misli Premyer Liqasının 10-cu turu üçün nəzərdə tutulan “Sumqayıt” – “Şəfa” qarşılaşması “SOCAR Polymer Arena”da keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib.

“Sumqayıt”ın bu mövsüm Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk ev oyununun Misli Premyer Liqasının 12-ci turunda “Sabah”a qarşı keçirilməsi planlaşdırılır. Oyundan əvvəl PFL tərəfindən stadiona baxış keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı