Nihat dünya çempionatının finalında uduzdu

04:20 Güləş 83
Nihat dünya çempionatının finalında uduzdu

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərini keçiriblər.

Sportinfo.az verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli finalda ermənistanlı Karen Aslanyana 4:8 hesabıyla məğlub olub və dünya çempionatını gümüş medalla başa vurub.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov isə üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla qüvvəsini sınayıb. O, rəqibinə 5:7 hesabı ilə məğlub olub və beşinci yerlə kifayətlənib.

Mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

İslam Abbasov isə 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova uduzaraq dünya çempionatında çıxışını başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı