“Pumas”ın (Meksika) hücumçusu Juninyo Olavio 2025-ci ilin əvvəlində “Qarabağ”dan ayrıldığı üçün peşman deyil.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu Braziliya mətbuatına açıqlamasında Azərbaycan klubundan sonra ölkəsində “Flamenqo”da ümidləri doğrulda bilməməsinə aydınlıq gətirib.
Juninyo Olavio 2023-cü ilin iyulundan 2025-ci ilin əvvəlinə qədər “Qarabağ”ın formasını geyinib. O, “Flamenqo”da “Qarabağ”dakı qədər şans əldə etmədiyini etiraf edib:
“Qarabağ”da hər şey əla gedirdi. Həm fərdi, həm də kollektiv nəticələr ürəyimcə idi.
Oradan “Flamenqo”ya getdiyim üçün də xoşbəxt idim. Amma klubda bir əfsanənin – Qabiqolun yerini doldurmalı oldum.
Özümü sübut etmək üçün kifayət qədər oyun vaxtı əldə edə bilmədim. Əminəm ki, daha çox zamanım olsaydı, bacarığımı göstərəcəkdim”.
