Bu gün Azərbaycan kubokunda ikinci təsnifat mərhələsi başlayıb.
Günün son qarşılaşması Masazırda keçiriləcək.
"Səbail" saat 18:00-da "Bank Respublika Arena"da "Zirə"ni qonaq edəcək. I Liqanın iddialı iştirakçısı ölkə kubokunda sürprizə imza atmaq niyyətindədir.
Klub rəhbərliyi bu məqsədlə səxavət kisəsinin ağzını açıb. Elnur Abdullayevin çalışdırdığı komanda Premyer Liqadan olan rəqibini mübarizədən kənarlaşdırarsa, böyük məbləğdə mükafat alacaq.
50 min manat onları gözləyir. Belə olarsa, hər futbolçuya 1200-1500 manat civarında pul ödəniləcək.
SPORTİNFO.AZ
