“Təslim olmuruq, "Araz-Naxçıvan" bu vəziyyətdə ola bilməz”

02:30 Araz-Naxçıvan 80
“Təslim olmuruq, "Araz-Naxçıvan" bu vəziyyətdə ola bilməz”

"Araz-Naxçıvan"ın legioneri Şarlz Boli Misli Premyer Liqasının 8-ci turunda “Sumqayıt”a 2:1 hesablı məğlubiyyətlə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi komandasının uğursuz çıxışını bu cür şərh edib:

“Çox çalışırıq, dayanmadan işləyirik, amma hələ ki, ən yaxşı oyunumuzu göstərə bilməmişik. “Sumqayıt”la matçda ilk hissədən sonra öndə idik.

Ancaq sonra konsentrasiyanı itirdik və iki qol buraxdıq. Təslim olmuruq.

Ümid edirəm ki, növbəti oyunda qalib gələ bilərik. Hazırda sonuncu yerdəyik, təbii ki, bu da pisdir.

Ancaq təslim olmuruq və irəli baxacağıq. Vəziyyəti dəyişmək üçün hər gün daha yaxşı və daha çox çalışmalıyıq.

"Araz-Naxçıvan" bu vəziyyətdə ola bilməz”. Yeni məşqçimiz var, o, çox çalışır və biz də çox çalışırıq.

Vəziyyət daha çox çalışmaqla dəyişəcək və ümid edirəm ki, növbəti oyunda qalib gələcəyik. Qarşıdakı turda "Qəbələ"ni məğlub etməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?