“Araz”ın yeni baş məşqçisi rəhbərlikdən tələb etdi - Dediyim oyunçuları alın!

20:40 Araz-Naxçıvan 193
“Araz”ın yeni baş məşqçisi rəhbərlikdən tələb etdi - Dediyim oyunçuları alın!

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Yuri Maksimov komandadakı durumdan məmnun deyil.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis qış fasiləsində heyətin ciddi şəkildə gücləndirilməsini istəyir.

Maksimov sonuncu pillədə qərarlaşan komandasını bu durumdan çıxarmağın hazırkı heyətlə çətin olacağını düşünür.

Çalışdırıcı hətta mümkündürsə qış fasiləsi yaranmamış da bəzi futbolçuların keçidinə qarşı deyil.

O, yanvarda ölkəsində çıxış edən bir neçə oyunçunun transferində maraqlıdır. Maksimov yalnız bu sayədə komandanı Premyer Liqada saxlayacağına inanır.

“Araz-Naxçıvan” çempionatın geridə qalan 7 turunda cəmi 2 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti