Rumıniya Kubokunda 2-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" səfərdə "Spartak"ın (Proqresul) qonağı olub.
Qarşılaşma "Petrolul"un böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.
Cəlal Hüseynov matça start heyətində başlayıb. Bu qələbədən sonra xallarının sayını 3-ə çatdıran "Petrolul" B qrupunda 1-ci pilləyə yüksəlib.
"Spartak" (Proqresul) - "Petrolul" 0:6
Qollar: Rareş Leesku, 28, 57, 88, Alexandro Bran, 32, David Parasçiv, 69, 85
