“Heç kimdən geri qalmırıq, bir uşaq səhvinə yol veririk və məğlub oluruq“

10 Oktyabr 23:40 Araz-Naxçıvan 121
“Heç kimdən geri qalmırıq, bir uşaq səhvinə yol veririk və məğlub oluruq“

“Rəqiblərdən hansısa birində geri qalmırıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan“ın yarımmüdafiəçisi Rövlan Muradov deyib.

Premyer Liqada yaranmış 19 günlük milli fasilə bu qarışıq vəziyyətdə toparlanmaq üçün fürsət sayıla bilərdi. Üstəlik, Yuri Maksimovun baş məşqçi postunda Cavid Hüseynovu əvəzləməsi ab-havanı dəyişdirməli idi.

Lakin heç biri olmadı. Naxçıvan təmsilçisi 7-ci turda “Kəpəz“ə 0:2 hesabıyla uduzdu:

“Fasiləni fürsət saymaq da olardı, saymamaq da. Çünki biz bura qələbəyə köklənərək gəlmişdik.

Qələbə qazanmaq istəyirdik. Amma bu milli fasilə bizim üçün yaxşı motivasiya ola bilərdi.

Yenə deyirəm, qələbə qazanmalıyıq. Bütün komandalar bu qrafikdə oynayır, biz də oynadıq.

Oyunlara baxırıq, analiz edirik. Hansısa məsələdə rəqibdən geri qalmırıq.

Amma gəlib bir fərdi səhv edirik, bir uşaq səhvinə yol veririk və ya hansısa epizodda çatdırmırıq, nəticədə qol buraxırıq. Sonra toparlanmaq çətin olur və məğlub oluruq“.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”