Portuqaliyalı hücumçu “Sabah”ın rəqiblərinin hədəfindədir

18:20 İngiltərə 110
Portuqaliyalı hücumçu “Sabah”ın rəqiblərinin hədəfindədir

“Monza”nın hücumçusu Qustavo Varela karyerasını daha iddialı klubda davam etdirə bilər.

Ызщкештащ.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “Arsenal” və “Napoli”nin maraq dairəsindədir.

Neapol təmsilçisi mümkün transferlə bağlı yaxın vaxtlarda fəaliyyətini sürətləndirməyi planlaşdırır. “Benfika” da hücumçunun çıxışını izləyir.

Varela cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” portalının məlumatına əsasən, onun bazar dəyəri 5 milyon avrodur.

Portuqaliyalı futbolçunun transferində maraqlı olan “Arsenal” və “Napoli” UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqibləridir.

Digər Xəbərlər
Xəbər Lenti