Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobel Çempionlar Liqasının 3-cü turunda “Sabah” üzərində 2:1 hesablı qələbəni dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı qolkiper Almaniya mətbuatına açıqlamasında çətin oyun keçdiyini etiraf edib.
İsveçrə millisinin üzvü Bakı Olimpiya Stadionundakı qarşılaşmada sərgilədikləri mübarizədən razılıq bildirib:
“Açığı, oyunun bu dərəcədə çətin keçəcəyini gözləmirdik. Əslində daha fərqli hesabla qalib gələ bilərdik.
Lakin ələ düşən imkanlardan lazımınca yararlanmadıq. Bunu bacarsaydıq, nisbətən rahat oynayardıq.
Son matçları müqayisə etsək, yalnız “Sabah” önündə əsl oyunumuzu sərgilədiyimizi demək olar. Fikrimcə, bu, müsbət məqamdır.
Çempionlar Liqasında istənilən rəqib önündə dominant oynamaq indi çox çətindir. Biz səfər görüşündə buna müəyyən mənada nail ola bildik”.
Üç turdan sonra “Borussiya” 6 xalla 13-cü, “Sabah” isə 3 xalla 25-ci pillədə qərarlaşır.
