Millimizə vurduğu qolu Zidanın yadına saldı - Dəvət gözləyir

01:20 Fransa 102
Millimizə vurduğu qolu Zidanın yadına saldı - Dəvət gözləyir

“Lans”ın futbolçusu Florian Toven yenidən Fransa millisinin formasını geyinmək arzusundadır.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı sağ vinger cari mövsümdəki performansı ilə buna layiq olduğunu düşünür.

Sonuncu dəfə 2025-ci ildə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə oyunlarda yığmanın şərəfini qoruyan Toven həmin anları da xatırlayıb:

“Yenidən Fransa millisində oynamaq istəyirəm. Son vaxtlar yaxşı formadayam, bu mövsüm klubumda müntəzəm çıxış edirəm.

Axırıncı dəfə ötən il seçmə mərhələdə Azərbaycan yığmasına qarşı matçda iştirak etmişəm. Bu rəqibə qarşı Fransadakı görüşdə qol da vurmuşdum.

Millinin formasını geyinmək xüsusi önəm daşıyır. Yığma ilə tarixim var. Bir dəfə əsas, bir dəfə gənclər millisi ilə dünya çempionluğu qazanmışam. Zinəddin Zidanı tanımaq və onunla çalışmaq arzumdur”.

Fransa yığması Azərbaycan millisini 2025-ci ilin oktyabrında Parisdə 3:0, noyabrında isə Bakıda 3:1 hesabı ilə məğlub edib.

İlk oyunda 7, ikinci matçda 28 dəqiqə meydanda olan Florian Toven Parisdəki qarşılaşmada sonuncu qolun müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı