6:0 udan tərəf: “Bizə müqavimət göstərməyi bacardılar”

03:00 Araz-Naxçıvan 90
6:0 udan tərəf: “Bizə müqavimət göstərməyi bacardılar”

"Rəqibin kimliyindən asılı olmayaraq qələbə qazanmaq üçün mübarizə apardıq.

Birinci hissə gərgin keçdi. Rəqib müqavimət göstərməyi bacardı".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın məşqçisi Zaur İsmayılov Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün "Şimal"la keçirilən oyunla bağlı danışarkən deyib.

O, 1-ci liqa klubuna 6:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

"Fasilədə müəyyən tapşırıqlar verdik və ikinci hissədə nəticəsini gördük. Komanda daha çox hərəkət etdi və yaradılan imkanları dəyərləndirməyi bacardı.

Oyunun gedişində çalışdıq ki, digər matçlarda meydana çıxmayan futbolçulara da şans verək. "Şimal" komandasını da yaxşı mübarizəyə görə təbrik edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı