Ötən gün Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində keçirilən “Səbail” – “Zirə” matçında hakimlər biabırçı qərarla yadda qalıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Səbuhi Bayramov meydan sahiblərinin hücumçusu Samuel Nonqoha ikinci sarı vərəqə göstərsə də, qırmızı vərəq verməyi unudub.
Matçın 4-cü hakimi isə baş hakimi yanına çağıraraq ona xəbərdarlıq edib. Nəticədə Nonqoh qırmızı vərəqə alaraq meydandan qovulub.
