«Araz-Naxçıvan»ı sentyabrın 23-dən bəri Yuri Maksimov çalışdırır.
Hardasa 15-16 gündür
Cavid Hüseynovun yerini tutub. Dəyişiklikdən danışmaq tezdir, sadəcə, soruşa bilərsiz - fərq varmı?
Var, amma azacıq.
Köhnə, hansı ki, əvvəlki baş məşqçinin də başını çox ağrıtdı, o qalmaqdadır. Mən müdafiə zonasında yol verilən səhvlərə işarə etmək istəyirəm.
Hüseynov da burada çalışdığı altı tur ərzində bu ciddi nöqsana diqqət çəkdi, indi də Maksimov debüt dəyirləndirməsində məlum mövzunun üzərində dayandı.
Ceyhun Nuriyevin «Kəpəz»in başla etdiyi «hədiyyə»ni necə dəyərləndirdi, baxdıq və gördük.
Tək odur, bəyəm? «Araz»ın birinci zonası yanlış isimlərdən təşkil edilib. İkinci qolda da hardasa eyni halı müşahidə etdik.
Maksimovun sözünün kəsəri olsa, eşidilsə, qış fasiləsində rəhbərlikdən bu mövqəyə iki nəfər aldırmalıdır. Başqa söhbət də ola bilməz, çünki Hüseynovun vaxtında aparılan seleksiya işinin qiyməti budur - alayarımçıq.
Yuri Maksimov hücum fazasına daha diqqətli yanaşır Cavid Hüseynova nisbətdə.
«Araz» Şamaxıda bir neçə qol fürsəti yaxaladı. Çi fayda, tələskənlik son vuruşları korladı.
Klubun prezidenti Ceyhun Sultanov meydanda olsaydı, bəlkə də o imkanlardan bir-ikisini qola çevirmişdi.
KAMİL
