“Heç nəyi dəyişə bilmir, rəhbərlik va-banka gedib, yenə baş məşqçi dəyişikliyi edə bilər”

14:20 Araz-Naxçıvan 131
“Heç nəyi dəyişə bilmir, rəhbərlik va-banka gedib, yenə baş məşqçi dəyişikliyi edə bilər”

Ukrayna mətbuatı Yuri Maksimovun Azərbaycandakı ikinci dönəmi ilə bağlı məqalə hazırlayıb.

Sportinfo.az xəbər verir ki, həmkarlarımız 57 yaşlı mütəxəssisin “Araz-Naxçıvan”dakı fəaliyyətinə uğursuz başlanğıc etdiyini yazıblar.

Bildirilib ki, sentyabrın 23-də Naxçıvan klubunun “sükanı arxasına” keçən Maksimov komandanı Misli Premyer Liqasında 3 oyuna çıxarıb.

Onun rəhbərliyi altında komanda həm “Kəpəz”ə (0:2), həm “Sumqayıt”a (1:2), həm də “Qəbələ”yə (1:2) məğlub olub.

Ukraynalıların fikrincə, nəticələr bu cür davam edəcəyi təqdirdə, “Araz-Naxçıvan”ın mövsümün gedişində yenidən baş məşqçi dəyişikliyinə getməsi istisna edilmir:

“Komanda ilk 9 turda cəmi 2 xal toplayıb və sonuncu pillədədir. “Araz-Naxçıvan” hazırda yüksək liqanı tərk etməyə ən real namizəd kimi göstərilir.

Görünür, Maksimov da orada heç nəyi dəyişə bilmir. Bu üzdən rəhbərlik va-banka gedib yenidən baş məşqçi dəyişikliyi edə bilər”.

Yuri Maksimov 2017-18 mövsümündə ölkəmizdə “Keşlə”ni (hazırkı “Şamaxı”) çalışdırıb. Komanda həmin vaxt onun rəhbərliyi altında Azərbayan Kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti