PSJ “Barselona”nın hansı yarımmüdafiəçisi ilə maraqlanır?

10:00 Fransa 101
PSJ “Barselona”nın hansı yarımmüdafiəçisi ilə maraqlanır?

PSJ “Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopeslə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi ispaniyalı futbolçunun transferi ilə bağlı Kataloniya klubuna təklif hazırlayır.

23 yaşlı yarımmüdafiəçi “Arsenal” və “Çelsi”nin də diqqət mərkəzindədir. İngiltərənin hər iki klubu onun inkişafını izləyir.

Fermin Lopesin “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Onun transfer qiyməti 110 milyon avro olaraq göstərilir. PSJ yayda kataloniyalılardan hücumçu Ferran Torresi də transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!