Komandanı çökdürən transfer bazarlığını kim edib? - AÇIQLAMA

19:40 Araz-Naxçıvan 220
Komandanı çökdürən transfer bazarlığını kim edib? - AÇIQLAMA

“Araz-Naxçıvan”ın yeni transferləri indiyədək özlərini ən yaxşı tərəfdən göstərə bilməyiblər”.

Bu sözləri Sportinfo,az-a açıqlamasında FİFA meneceri Emil Əsədov deyib.

“Asadov Pro Bridge“ə başçılıq edən tanınmış agent bildirib ki, “Araz-Naxçıvan”ın buy ay apardığı transfer siyasəti hələ gözləntiləri doğrultmur:

“Bunun səbəblərindən biri komandanın böyük ölçüdə yenilənməsi və futbolçular arasında uyğunlaşmanın hələ tam formalaşmaması ola bilər. K

lubun transfer məsələlərində kifayət qədər təcrübəli mütəxəssisi var və onun bilik və təcrübəsinə güvənmək lazımdır.

Buna baxmayaraq, transferlərin komandaya nə dərəcədə uyğun olduğunu və gözlənilən nəticəni verib-verməyəcəyini yenə zaman göstərəcək“.

"Araz-Naxçıvan" mövsümlərarası fasilədə böyük dəyişikliyə uğrayıb. Andrey Demçenkonu baş məşqçi postundan göndərən, ardınca 13 yerli və əcnəbi futbolçu ilə yollarını ayıran Muxtar Respublika təmsilçisi möhkəm silkələnib.

Gələnlərin sayı da kifayət qədər çoxdur. Luka Dumançiç ("Persis", İndoneziya), Rəşad Həsənov (Son klubu "Cəbrayıl"), Alberto Qarsia Fernandes (“Akritas Xloraka”, Kipr), Alexandro Herrera ("San Kristobal”, Dominikan), Rövlan Muradov ("Zirə"), Artur Auqusto Da Silva ("Semen Padang", İndoneziya), Mara Mohamed (“Kançanaburi”, Tayaland), Abdallah Sudi (“Persijap”, İndoneziya), Mamadu Kane (“Pafos”, Kipr), Ceyhun Nuriyev ("Zirə"), Ağadadaş Salyanski ("Neftçi"), Boyan Letiç ("Sabah"), Abdulla Rzayev (İcarə, "Sabah"), Qabil Əlizadə ("Mingəçevir") və Nihat Mehralıyev ("Şamaxı") düşərgəyə qoşulub.

"Ağ-qırmızılar" yanlış seçimlər üzündən sezona bərbad start veriö.

Yeddi tur ərzində qələbə qazanmayan əyalət komandasının xal xanasında vur-tut 2 xal var. Passivində 5 məğlubiyyət olan "Araz" turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti