Millimiz dünya çempionatında Çiliyə də uduzdu

12:40 Milli komanda 129
Millimiz dünya çempionatında Çiliyə də uduzdu

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində baş tutan görüş rəqibin qələbəsi ilə başa çatıb - 3:1.

Beləliklə, U-15 növbəti mərhələdə Cəbəllütariq millisi ilə üz-üzə gələcək. Adıçəkilən komanda 1/16 finalda Belarusa 0:6 hesabı ilə uduzub.

Azərbaycan - Cəbəllütariq görüşü bu gün, saat 18:15-də başlayacaq.

Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb.

Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti