“Udmuşuqsa, deməli, daha yaxşı oynamışıq” - “Araz”ın oynayan məşqçisi

03:40 Futzal 90
“Udmuşuqsa, deməli, daha yaxşı oynamışıq”  -  “Araz”ın oynayan məşqçisi

Futzal üzrə UEFA Çempionlar Liqasında bu gün ilk oyununu keçirən və Macarıstanın “Uypeşt” komandası üzərində 5:4 hesablı qələbə qazanan “Araz-Naxçıvan”ın oynayan məşqçisi Fərid Ələkbərov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, bunları söyləyib:

“Uypeşt”in oyunlarına baxmışdım və onlar necə gözləyirdiksə, o şəkildə də oynadılar. “5-in 4-ə” oynamaqla üstünlük yaratdıq, oyunun sürətini aşağı saldıq,

nəzarəti özümüzdə saxladıq və ən əsası, yaratdığımız qol epizodlarini dəyərləndiririk. Elə oyun idi kı, onlar da qalib gələ bilərdi.

Ancaq udmuşuqsa, deməli, daha yaxşı oynamışıq. Futzalçılarımız da həvəsli və özlərinə inanaraq oynadılar.

Bu qələbəni ən çətin vaxtlarda komandaya dayaq olan və fəaliyyətini davam etdirməyə dəstək olan Zaur Axundova həsr edirik.

“Buba Mara”ya gəldikdə, onlar macarlardan azı 2 dəfə güclüdürlər. Son qarşılaşmalarına baxmışıq.

Bizi çətin sınaq gözləyir, ancaq məqsədimiz dəyişməz olaraq qalır – qələbə!”

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı